Bu məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar - Şok iddia

Bu məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar - Şok iddia

Sosial şəbəkədə Akademik Zərifə Əliyev adına liseyin müəllimlərinin videosu yayılıb.

Miq.Az xəbər verir ki, iddialara görə, görüntülər təhsil kompleksində çəkilib.

Görüntülərdə müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır.

Məlumata görə, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın yaxın qohumudur.

Liseylə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bakı Şəhər Təhsil İdarəsindən birildirilib ki, lisey onların tabeliyində deyil.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev baş verən hadisəni qınayıb və məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib: "Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır. Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır".
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az