"Bu qədər yalan danışmaq olarmı?" - Siyavuş Novruzov


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması təklif edilib.

"Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

"Həmrəylik günü ərəfəsində bir məsələni də demək istəyirəm. Bəzi partiya sədrləri var ki, onların adlarını çəkməyi Milli Məclisə yaraşdırmıram. Onlar deyir ki, Şuşa əhalisi ora qayıtmaq istəmir. Bu qədər yalan danışmaq olarmı? Özü əlində avtomat tutmayan, hərbi xidmətdə olmayan adam gəlir belə şeylər danışır”,- komitə sədri bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az