Bu şəhidimiz boksçu imiş... - Foto

Bu şəhidimiz boksçu imiş... - Foto

Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, "Azərbaycan Bayrağı” ordeni, "Vətən müharibəsi iştirakçısı”, "Fizulinin azad olunmasına”, "Cəbrayılın azad olunmasına”, "Kəlbəcərin azad olunmasına” və "Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Federasiyanın kollektivi şəhid boksçunun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az