Bu şəxslər ölkədən çıxa bilməyəcəklər – QADAĞA
1028 nəfərin çıxışına qadağa qoyuldu
Siyahıda ümumilikdə 370 nəfər fiziki, 658 nəfər isə hüquqi şəxsin adı yer alıb.
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin 01.11.2016-cı il tarixinə yenilənmiş siyahısını açıqlayıb.
Bu barədə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd edilib ki, borclar tam ödənməyənə qədər belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir:
"İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən qeyd edilib.
Yenilənmiş siyahı ilə aşağıdakı linkdən tanış olmaq olar:
Miq.az