Bu yollar 3 gün buz bağlayacaq – Xəbərdarlıq

Bu yollar 3 gün buz bağlayacaq – Xəbərdarlıq

Ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Miq.Az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı ehtimal olunur:

"Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir".

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az