"Buna cəsarət edən istənilən ölkəni yer üzündən silərik" - Putin təhdid etdi


Rusiya prezidenti Putin nüvə silahı ilə bağlı sərt açıqlamalar verib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, o, nüvə silahı ilə Rusiyaya müdaxilə edə biləcəklərini dilə gətirən ölkələrə açıq xəbərdarlıq edib.
"Buna cəsarət edən ölkələrdən geriyə heç nə qalmaz, onları yer üzündən silərik, - Putin deyib.
Rus lider Ukrayna ilə bağlı da danışıb. "Məsələnin həll prosesi sadə olmayacaq və vaxt aparacaq. Bu və ya digər şəkildə bu prosesin bütün iştirakçıları reallıqları qəbul etməli olacaqlar”, - deyə o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az