
Pusqu Əl-Mayadin yaşayış məntəqəsindən 40 kilometr məsafədə qurulub. Avtomobil güllələrdən deşik-deşik olmuş vəziyyətdə aşkarlanıb. Arxa və qabaq oturacaqlarda qan izi, yaxınlıqda qan gölməçəsi və iki zabitin hərbi ləvazimatının detalları aşkarlanıb. Qəzetin dərc etdiyi fotoya əsasən UAZ gülləbaran edilib, maşında olanların silahlarına əl atmaq və döyüşmək üçün heç bir saniyə də olsun vaxtı olmayıb.
Hesab edilir ki, UAZ-ın iki sərnişini yerindəcə ölüb, onların cəsədlərini hücum edənlər sağ qalan iki zabitlə birlikdə aparıb.
Məlumata görə UAZ Rusiya hərbçilərinin 6 maşından ibarət kalonunda hərəkət edirdi. Kalonda habelə pulemyotlarla təchiz edilmiş iki pikap yer alırdı. Lakin məlum olmayan səbəbdən UAZ kalondan ayrılıb və pusquya düşüb.
Hadisə yerində olanlar deyirlər ki, görünür rusiyalı zabitlər pusquya qəfil yaxalanıblar. Onlardan ikisi yerindəcə ölüb, qalan ikisi bir neçə saat sonra güllələnib. Rusiya Müdafiə Nazirliyi tezliklə zabitlərin xilas edilməsi üçün əməliyyata başlayıb. Terrorçuların səhrada mövqeləri aşkarlanıb və məhv edilib. Həmin dəstə həlak olan zabitlərin cəsədlərini də tapıb götürüb.
Ehtimal olunur ki, Rusiya zabitlərinin olduğu UAZ barədə İŞİD-çilərə Suriya hökumət qüvvələrinin tərəfində döyüşən, əvvəllər terrorçu qruplaşmaların tərkibində yer alan hansısa mənbə məlumat ötürüb. Digər mənbə isə məlumatın İrana bağlı qruplardan ötürülə biləcəyini deyib.