https://konkret.az/cloud/uploads/2023/07/WhatsApp-Image-2023-07-05-at-15.49.32-347x252.jpeg 347w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />
"Çünki Ərəbistan tavası şimala doğru hərəkət etdikcə, sıxışma zonası yaradır. Cənub-şərqi Anadoludan Qafqaza doğru bir sıxışmadan bəhs edirik. Bu səbəbdən də Yer səthində qırılmalar meydana gəlir. Fay xətlərindəki hərəkətlənmələr nəticəsində isə zəlzələlər baş verir. Yəni zaman-zaman 5,4 ballıq zəlzələlərin olması olduqca təbiidir. Həmin bölgələr riskli bölgələr olduğu üçün zəlzələnin olması sürpriz deyil”.
Professor əlavə edib ki, Azərbaycanda yaxın zamanda yenidən zəlzələnin meydana gəlməsi ilə bağlı proqnoz vermək çox çətindir:
"Bu gücdəki zəlzələlər zaman-zaman ola bilər. Ancaq geologiya və geofizikanın bugünə qədər olan bilgilərinə əsasən, zəlzələləri öncədən bilmək mümkün deyil. Yəni filan yerdə zəlzələ olacağını demək qeyri-mümkündür. Dolayısı ilə belə proqnozlar spekulyasiyadan ibarətdir”.
Ləvənt Gülən türkiyəli alim Cəlal Şəngörün Bakıda olarkən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağı proqnozuna da münasibət bildirib:
"7,5 bal gücündə zəlzələnin olacağını qabaqcadan proqnozlaşdırmaq düzgün deyil. Geologiyada deyirlər ki, keçmiş gələcəyin açarıdır. Əgər keçmişdə bir bölgədə 7 ballıq bir zəlzələ olubsa, gələcəkdə də olacağını deyə bilərik. Amma 1 gün, 1 il və ya 100 il sonra olacağını bilmirik. Bu tip açıqlamalar spekulyasiyadan başqa bir şey deyil”.