“Cəngi” Avropa Oyunlarına konsert həsr etdi

“Cəngi” Avropa Oyunlarına konsert həsr etdi

Vətəninfo.az - Mədəniyyət və Turizm Nazirliyinin Avropa Oyunlarına həsr etdiyi silsilə konsert proqramlarından biri ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında keçirilib. Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı tamaşaçılara rəngarən proqram təqdim edib. Konserti tar ifası ilə açan ansablın rəhbəri M.Cəfərov çıxışında idman oyunlarını təşkil edən ölkə başçısı İlham Əliyevə, eyni zamanda xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib, idmançılara isə uğurlar arzu edib. Konsert zamanı oyunlarda Azərbaycanın adına qazanılan medalların sayının artığını səhnədən elan edən Mircavad müəllim qürur hissi keçirdiyini vurğulayıb.
Turistlərin, fəxri qonaqların, Milli Olimpiya Komitəsinin nümayəndələrinin qatıldığı konsertdə baletmeyster Aytən Bünyatovanın təqdimatında rəqqaslar Natavan Əliyeva, Nərminə Haşımova, Cabir Rzayev, Fərhad Əliyev milli rəqslərimizi nümayiş etdirib. Eyni zamanda etno caz, ənənəvi caz, türk sənət musiqisi, fransız şanson, Azərbaycan estradasından mahnılar səsləndirib. Musiqiçilər Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynli (piano), Kamran Kərimov (nağara), Lütfiyar Əliyev (saksafon), Coşqun Sadıqov (tütək, balaban), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) solo nömrələrlə çıxış ediblər. Arzu Həsənli isə milli estradamızdan seçmə mahnıları ilə konsertə özünəməxsus rəng qatıb.
Qeyd edək ki, Rusiyadan gələn kinematoqrafçılar konserti lentə alaraq, kadrları Olimpiya Oyunlarına həs olunan sənədli filmə daxil edəcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az