Ceyhun Ələkbərov seçiciləri ilə görüşdü
122 saylı Xankəndi seçki dairəsindən millət vəkilliyinə namizədliyi qeydə alınan Ceyhun Ələkbərovun seçki qərargahının yaydığı xəbərdə qeyd edilir ki, 122 saylı Xankəndi seçki dairəsindən millət vəkilliyinə namizədliyi qeydə alınan Ceyhun Ələkbərov təbliğat-təşviqat kompaniyası çərçivəsində Gəncə, Ağcakənd, Goranboy, Ağcabədi, Bərdə, Mingəcevir və Şəkidə məskunlaşmış Xankəndi və Kərkicahandan olan məcburi köçkünlərlə bir sıra görüşlər keçirib. Səmimi dialoqu ilə seçicilər tərəfindən rəğbətlə qarşılanan Ceyhun Ələkbərov onların sosial vəziyyəti ilə də maraqlanıb.
Görüşlərdə seçicilərin bu ilki Parlament seçkilərinə həvəsli şəkildə yanaşmaları diqqətdən yayınmayıb. Ceyhun Əlkbərov bildirib ki, illərdir Azərbaycanın müstəqil şəkildə yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir və ictimai fəal şəxs kimi ölkənin bundan sonrakı inkişafında dövlətimizin yanındadır. "Bu günə qədərki fəaliyyətimizdə Azərbaycan naminə çox sayda uğurlar əldə etmişik. İnanıram ki, ölkəsini sevən və dövlətinin siyasi strategiyasını dəstəkləyən vətəndaş olaraq seçicilər də bu ilki seçkidə də aktiv iştirak edəcəklər.”