Əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həmin şəxslərdən 50 nəfərini də Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən məlumata görə, son iki ayda ƏƏSMN tərəfindən 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb. Onlardan 286 nəfəri Lənkəran, 190 nəfəri Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.
Həmin mərkəzlərdə eyni zamanda müalicəvi bədən tərbiyəsi, müxtəlif fizioterapevtik müalicə prosedurları həyata keçirilir ki, əlilliyi olan şəxslər istirahət zamanı bu müalicələrə cəlb olunurlar. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. təşkil edilir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?