Daha altı kənd Azərbaycanın nəzarətinə qayıdır – TƏCİLİ

Daha altı kənd Azərbaycanın nəzarətinə qayıdır – TƏCİLİ

Keçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Miq.Az xəbər verir ki, bu məlumatı "Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, "Nor Ayqestan", "Nor Seysulan", Papravənd, "Nor Aykacur", "Ovtaşen" və "Nor Craberd"dir.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Erməni tərəfi bu kəndlərin yeni bölgüyə əsasən, Ağdərə yox, Ağdam rayonunun ərazisində yerləşdiyini rəsmən bəyan edib.

Qeyd edək ki, kəndlərin adı dəyişdirilmiş və eybəcərləşdirilmiş şəkildə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az