Anar niyə səsini çıxarmır?
Oktay Hacımusalı
Seymur Baycana həcv yazmaq imperialist maraqların Azərbaycan ədəbiyyatına təsirə çalışmasından diqqətləri yayındırmağa yöməlib bəlkə?
Anar Seymur Baycanma həcv yazdı. Nə vaxt? Indi? Niyə? Bu sualları gəlin çox uzadıb sizi yormayım. Bunun yerinə son zamanlar Azərbaycanda baş verənləri gözümüzün qabağına gətirək gəlin! Baxaq görək nə baş verir Azərbaycanın ədəbi mühitində? Həəə, ərz edim qulluğunuza ki, Azərbaycanda son zamanlar ard – arda bir – birindən maraqlı kitablar çıxır. Indi mən uzun – uzadı durub sizin baş – beyninizi ağrıdıb deməyəcəyəm ki, bu tərcüməni edənlər “kalça”nı “qılça” kimi tərcümə edirlər və bu “tərcüməçi”lərin doxsan doqquz tam onda doqquz faizi gəlib tərcüməyə hardan düşüblər onu bir Allah bilir, bir də “Qanun” nəşriyyatının rəhbərliyi! Mənim nə işim ki, tərcümələr it günündədir, baş – ayaq bilinmir, mənə o vacib deyil. əslində, zamanım olsa və danışsam pis olmaz, amma hal – hazırda mənim sizlərə ərz etmək istədiyim məsələ tamam başqadır. “Qanun” nəşriyyatının tərcüməyə verib çap etdirdiyi kitablara və onların müəlliflərinə bir anlıq diqqətinizi çəkmək istəyirəm. Elif Shafak, İskender Pala, Orhan Pamuk... Orhan Pamuk və Elif Shafak bəllidir, Kimdir bu Elif Shafak? Nələr yazıb? Türklük üçün nələr deyib? Uğrunda Avropa Birliyi müşahidəçilərinin, Qərbli komissarları Türk məhkəmələrinə doluşub fikir azadlığı dərsi verdiyi bu qadın nələr yazıb?
Əvvəlcə Elif Shafakın “Ata və bic” adlı kitabında yazdıqlarından bir neçə hissəni təqdim edim sizlərə:
"Yurdumuzdan çıxarıb qovulduq, əşyalarımızdan olduq, heyvan kimi rəftar edildi bizimlə, qoyun kimi kəsdilər. Doğru - düzgün bir ölümü belə əsirgədilər bizdən. "
"Silah axtarışı bəhanəsiylə ermənilərin evlərinə girib sonra da yağmalayırlar ... Sıravi Türklərlə nə danışacaqsan, təhsillilər belə ya milliyyətçi ya cahil ..."
"1909 – cu il Adana qırğınlarından ya da 1915 qovulmasından .. Bunlar sənə bir şey xatırlatdı? Erməni soyqırımı deyə bir şey eşitmisən? Bir şahid də qalmayıb sağ - salamat ... "
"Ayaşdan sağ qalan olmayıb. Çankırıya aparıılanlar da elə. Millət öldürülüb. Çubuqlarla, balta sapları ilə döyülüb. Bəziləri aclıqdan ölüb, bəziləri də öldürülüb. "
"Bu torpaqlarda məskunlaşam milyonlarla erməniyə nə oldu bəs? Assimilyasiya edildilər! Əridildilər! Yox edildilər. Sürgün edildilər. Mal - mülklərindən oldular. Türklər idi 1915-ci ildə bunları edənlər. "
"Sən qalx gəl Orta Asiyadan,gir bir başa Anadolunun bağrına ... Bütün qohumlarını 1915-ci ildə qəssab Türklərin əllərində itirmiş soyqırıma uğrayan bir sülalənin nəvəsiyəm. "
Elif Shafakın bütün bu təhqir dolu sözləri Türklər üçündür. Ona görə "Türklər, ermənilərin evlərini basıb talan ediblər, çubuqlarla balta saplarıyla döyüblər, ermənilər açlıqdan ölüblər, assimilyasiya ediliblər, malları, mülkləri əllərindən alınıb!... Yəni, Türklər tam bir qəssab onun dediyinə görə!
Bəs Orxan Pamuk? İstanbulun ən kosmopolit bir burjua ailəsinin günümüzdəki bir nümayəndəsidir. Öz gəldiyi sinifə və bu sinifi bəsləyən, qoruyan Qərb metropoliyasına özünü borclu hiss edən və vəzifələrini yerinə yetirməyə çalışan Pamuk yüz faiz milliyyətsiz və kosmopolitdir.
Klassik bir müstəmləkə ziyalısı olaraq Pamuk, dilini də itirmişdir. Qərblinin dilini bəlkə də daha rahat danışır, amma Türkçə yazdığını iddia etdiyi kitabları heç kim anlaya bilmir. Onu Türkiyədə tərifləyən köşə yazarlarının demək olar ki, hamısı, Pamukun kitablarını oxumadıqlarını ya da bitirə bilmədiklərini ifadə etməkdədir. O isə yəqin ki, bundan məmnundur və özünün nə qədər üstün, xalqın isə nə qədər cahil olduğunu düşünməkdədir. O, onsuz da Türklər anlasın deyə də yazmamaqdadır. O, Qərblilər üçün yazır və bunda müvəffəqiyyətli olubsa, bu ona kifayət edir.
Amma yenə də Npobnerl mükafatın özünə deyil Türk mədəniyyətinə və Türk dilinə verildiyini açıqlamaqdadır. Heç bir Türkün oxumadığı bir yazar. Kimsənin sevmədiyi, istəmədiyi bir zavallı. Öz ölkəsində gerçək bir xarici. Amma ona kədərlənməyin onun da dostları var. Yaşayış bir işbirlikçi, imperialist varsa o Pamukun müdafiə edəcəkdir. Xüsusilə Erməni faşistleriyle arasında möhkəm bir könül bağı doğulmuşdur və Pamuk bunlar tərəfindən şüurla və şiddətlə müdafiə olunmaqdadır.
Erməni Yazar Perç Zeytunyan, Pamuka verilən Nobel mükafatının nə mənaya gəldiyini ən yaxşı açıqlayan insandır. Bilirsiniz, nə deyib Zeytunyan: "Bu onu mühakimə etmək istəyən Türklərə bir dərsdir". Həqiqətən də nə qədər açıqdır, elə deyil? Yəni, nə ədəbiyyat, nə mədəniyyət, nə də başqa bir şey ... Türklərə təhqir edən bir adam və onu mühakimə etmək istəyən Türklər. Orxan Pamukun yazdıqlarına yaxından baxdığımız zaman onun əslində müstəmləkə ziyalıları üçün prototip olaraq hazırlanmış olduğunu dərhal hiss edə biləriki. Ortada nə fikir vardır, nə hekayə, nə də özünəməxsusluq. Yazdığı mətnlərin böyük əksəriyyəti köhnə mətnlərdən səhifə - səhifə surətlərinin çıxarılmasıdır. Bir növ oğurluq və kollajdır. Şərqi izah etdiyini iddia edir, amma ortada bir Şərq də yoxdur. Qərblini çaşdıracaq, onu əyləndirəcək uydurma bir Şərq var, amma bu uydurma Pamukun öz uydurması da deyil hətta.
Bəs İsgəndər Pala? Kitabın müxtəlif yerlərində Qızılbaşlıq inancına və onun əsas şəxsiyyətinə Şah İsmayıla təhqirlərə belə davam edilir:
"Sevgi nə idi? Altı ayda sayı az qala on min olan sünni cəsədi mi? Şah-artıq ona qiblə-aləm demirəm və əsla əfəndimiz deməyəcəyəm-saray qapısına gəlib" Sünnilər! "Deyə rəqiblərini xəbər verən Qızılbaşlar yerinə iti kıtmircan ilə oynamağı üstün tuturdu" səhifə / 95 "Darüssalam ləqəbi ilə xatırlanan Bağdada müharibəsiz girdik. Darussəlam 'sülh yurdu' demək idi və burada bir-birləriylə qonşu olan, alış-veriş edən, dostluq göstərən süni ilə Qızılbaşlar illərdir sülh içərisində yaşamışdılar. Nə var ki bizim gəlişimizdən sonra sülh pozuldu və Təbrizdə olanlar burada yenidən baş verdi.... Bir neçə gün sonra da əsgərlər şəhəri yağmalamağa başladılar. Çox keçmədən mübarək məkanlar belə darmadağın edildi .... üstəlik də bəzi özünü bilməz Qızılbaşlar, türbələrdə dəfn alimlərin sümüklərini çölə çıxardıb 'sünni iti!' deyə təhqir edərək üstlərinə tüpürüb, sındırnışdılar. " səhifə 103
"Buyurun, Qızılbaşlıq ruhu bu idi. Döyüşmək, qənimət əldə etmək və əylənmək ... bəzm ilə rəzm arasında bir həyat .... şah, əyləncə gecəsinin sonunda otağına gəldiyində Xanın kəlləsi təkrar əlində idi və içində bir neçə damcı şərab qalmışdı." Səhifə/120
Əsrlərdir bu torpaqların ən köklü inanclarından biri olmuş olan qızılbaşlıq üçün “sonradan icad edilmədir” deyilir və bu ifadələr istifadə edilir: "görəsən şahın əmirləri və nökərləri, onun gücünə güc qatmaq məqsədilə bu torpaqlarda daha əvvəl heç olmayan bir şeyi (Qızılbaşlıq) icad edib imani mövzuları və inanc sistemini siyasətə alət etdikləri üçün özlərini günah altında hiss edəcəklərmi? "səhifə 193
"Təbrizdə qaldığım dörd gün ərzində gördüm və öyrəndim ki, burada Qızılbaşlıq növbənövdür. Təkə elində bizim bildiyimiz, anamızın bizə təlqin etdiyi Qızılbaşlıq xalqın çoxuna xarici kimi idi. Burada elə Qızılbaşlara rast gəldim ki “Quran”ı da aşağılayır, haram qılınan günahların çoxunu halal sayırdılar. Dünən, keşik tutduqları yerdə atəş yandırmağa çalışan bəzi əsgərlərin atəşi alovlandırmaq üçün tərk edilmiş məsciddən çıxarıb gətirdikləri dini kitabları və Quran nüsxələrini istifadə etdiklərini gözlərimlə gördüm. " səhifə 78
"Qəmbər can, bu sənin yetkinlik cəmin olsun ... (romanda Şah İsmayılın arvadı olan xanım göstərilərək) Taclı xatunu bəyəndinmi?" "Bəli çox gözəl ... zümrüd rəngində gözləri, gur və uzun kirpikləri var" səh. 58
Maraqlıdır, bütün bu tərcümələrin Azərbaycanda çapına səsini çıxarmayan Anar niyəsə Seymur Baycana həcv yazmaqla məşğuldur. Görən, niyə? Bəlkə bizim bilmədiyimiz nələrsə var?