Daha bir məşhur ANS-dən getdi - TV-dən ard-arda istefalar

Daha bir məşhur ANS-dən getdi - TV-dən ard-arda istefalar

ANS-in "Hesab vaxtı” verilişinin aparıcısı Tünzalə Rafiqqızı televiziyadan ayrılıb.

Bu barədə teleaparıcı sosial şəbəkədə məlumat verib. 

"Hər başlanğıcın bir sonu olur. Başladı və bitdi. Alnım açıq, üzüm ağdır. Yeni başlanğıc isə uzaqda deyil. Hər kəsə uğurlar. Mən yoluma, siz yolunuza”, - deyə teleaparıcı qeyd edib.

Qeyd edək ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.

Dünən isə Ləman Ələşrəfqızı sosial şəbəkədə status paylaşıb. Onun statusu ANS-dən ayrılması kimi başa düşülsə də, ANS bununla bağlı açıqlama verməkdən imtina edib. Xanım jurnalist özü isə telefonlara cavab vermir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az