Ödəmə terminalları pulun qalığını qaytaracaq

Ödəmə terminalları pulun qalığını qaytaracaq
"Modenis” şirkətinin "eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

Bu barədə özəl olaraq Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:

"Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu "eManat” terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq”.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az