Deputat: Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir

Deputat: Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir
Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Aqil Abbas deyib.

 

"Çünki həmin minalar yüksək texnologiyalarla hazırlanıb", - o vurğulayıb.

 

Deputat Elman Məmmədov isə qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərinə minaları basdıran ölkə olmasına baxmayaraq, ona bununla bağlı beynəlxalq dəstək göstərilib, maliyyə ayrılıb:

 

"Ermənilərdən mina xəritələrini tələb edirik. Amma onlar hələ Birinci Qarabağ müharibəsi ərəfəsində pərakəndə şəkildə hara gəldi, necə gəldi mina atıblar”.

 

Report


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az