Deputat Hacıbala Abıtalıbovu "vurdu"-Ginnesin rekordlar KİTABIYLA
Milli Məclisin bugünkü toplantısında millət vəkili Fəzail İbrahimli çıxış edərək, hökümət üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib:
"Milli Məclis təkcə qanunverici orqan deyil, həm də ümid qapısıdır. Hətta sizdən (hökümət üzvlərindən) üz döndərənlər bizə üz tuturlar. Bunlar bizə yönəlir. Biz qanunların qəbulunda iştirak edə bilirik, bizim əlimizdə mexanizm, qanun, qərar var ki, problemləri həll edək. Bizə gələnlər o xalqın nümayəndələridir ki, siz onun hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. El arasında bizə xalq elçiləri deyirlər, bunun üçün sizin telefonlarınız, qapınız, özünüz bizim üzümüzə açıq olmalısınız. Burada təzad var. Qapıları taybatay açıq olan da var. Qapı da var ora quş gəlsə qanada salar”
"Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə hər hansı bir problem həll etmək çətindir. Heç kim deyə bilməz. Çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problem həll etmək zaman aparır. Heç kim deyə bilməz. Çünkli çevik iş mexanizmi var. Bu üslubda iş rejimi olan insanların çiynində Azərbaycan gedib. Dediyim o uğurları qazanan bu işığa sahib insanlardır.
Mənim diplomum və mandatım var. Şərəflə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimə də diqqətliyəm”.
Deputat Hacıbala Abutalıbovdan da şikayətlənib:
"Kim deyə bilər ki, BŞİH başçısı hər hansı məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür. Kim desə Ginnesin rekordlar kitabına adını yazdırsın. Bu iş üslübunda olan bizim digər məmurlarımız da var. İki yol var. Bunu poetik dillə desək, "Əsli Kərəm” dastanında Kərəmin gününə düşmək. Bu, özünə hörmət, mandatına hörmət deyil. Bir yol var, dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir” çağırışına qoşulmaq, davranışı ilə cəmiyyətə gözdağı çəkən bu uğurları gözdən salan, bu hökümətin yandırdıqlarını piləyib söndürən, ortada yeyib qıraqda gəzənlərdən olmamaq. Bu gün dünyadakı geosiyasi vəziyyət bu niyyətlər qarşında güclü olmağı bizdən tələb edir.”
Miq.az