Deputat şəhid ailəsinə ətir və duş geli göndərdi - Qəzəbə səbəb oldu - FOTOLAR

Deputat şəhid ailəsinə ətir və duş geli göndərdi - Qəzəbə səbəb oldu - FOTOLAR

Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikova göndərdiyi sovqat qəzəbə səbəb olub.

Miq.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şəhidin yaxın qohumu Səma Aydəmir adlı istifadəçi məlumat yayıb.

O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə üzrxahqlıq sovqatı olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.

S.Aydəmir əlavə edib ki, deputatın göndərdiyi bağlama bələdiyyəyə kobudcasına qaytarıldığı halda, Rafailovun köməkçisi yenidən xahiş minnətlə bu paketi geri gətirib.

Məsələ ilə bağlı "BakuPost”a danışan deputatın köməkçisi Məhsəti Əliyeva bildirdi ki, öz dairəsindən şəhid ailələrinə yardım edən deputatlardan biri Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim: "Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə kənara çıxmağa deputatlara qadağa qoyulmuşdu. Həmin şəxs də dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun. Hətta biz də düşünürdük ki, nə yardım göndərəcəklərin. Hesab edirdik ki, qida məhsulları olar. Amma Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları var. Ola bilər ki, 2 bağlama olub. Biri ərzaq, biri də digər adı çəkilənlər. Yəni, yardım məqsədilə göndərilib. Yenidən bu məsələni araşdırıb, dəqiqləşdirəcəyəm”.(bakupost.az)
 
 
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az