Deputatdan şok açıqlama: “Qız qaçırma və ailələri mətbuat dağıdır”

Deputatdan şok açıqlama: “Qız qaçırma və ailələri mətbuat dağıdır”

"Qız qaçırma insan oğurluğu deyil” 

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov qız qaçırma ilə adam oğurluğunu eyniləşdirməyin düzgün olmadığını bildirib. 

Miq.Az xəbər verir ki, bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib. S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib: "Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.

Ailələrin dağılması ciddi problemə çevrilib

Deputat bildirib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: "Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.

Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmaya görə də, adam oğurluğuna görə də eyni maddə tətbiq olunur, bu, düzgün deyil: "Bəlkə qız və oğlan bir-birlərini seviblər, valideynlər isə razı olmayıb, onlar da bu cür addım atıblar”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az