Deputatın böyük oğlu İsveçrəyə qardaşının nəşi üçün getdi

Deputatın böyük oğlu İsveçrəyə qardaşının nəşi üçün getdi

Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədəki qış turizm mərkəzində xizək sürərkən qəzaya uğrayan oğlunun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.

Miq.Az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır.

"Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb. Mərhum Elçin Qasımovun nəşinin bu gün axşam saatlarında Azərbaycana gətirilməsi gözlənilir”.

Mərhumun 3 və 7 mərasiminin harada və nə zaman keçiriləcəyi barədə isə hələ ki tam məlumat yoxdur.

Xatırladaq ki, deputatın oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib. 

 
Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az