Deputatın qudası cərimə edildi - 5000 min manat

Deputatın qudası cərimə edildi - 5000 min manat

Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərovun anası cərimə edilib.

AzNews.az xəbər verir ki, dünən Nəsimi Rayon Məhkəməsində Zəngilandan köçkün düşən ailənin şikayəti ilə Abbas Səfərovun anası, "Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevaya (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) hökm oxunub. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən məhkəmə M.Qibləliyevanı 5000 manat cərimə edib.

Köçkün ailənin üzvü Vahid Sadıqov AzNews.az-a bildirib ki, dövlət ittihamçısı M.Qibləliyevaya 3 il 6 aylıq həbs istəmişdi. Onun sözlərinə görə hakim bu tələbi rədd edib. V.Sadıqov məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, "Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan "Kapitol” tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. "Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.

Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qızının həyat yoldaşıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az