Deputatın şirkəti cərimə olundu - İDDİA

Deputatın şirkəti cərimə olundu - İDDİA

"Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub. 

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rejimi qaydasını pozması müəyyən edilib və cərimə olunması barədə qətnamə qəbul edilib. 

İddia olunur ki, "Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az