DSMF-nin İmişli rayon şöbəsində özbaşınalıq davam edir

DSMF-nin İmişli rayon şöbəsində özbaşınalıq davam edir

Amma, deyəsən, Səlim Müslümovun bunlardan xəbəri yoxdu.

İmişli rayonunda sular durulmur ki, durulmur. Bu gün rayonda baş verənlər İmişli üçün yeni bir hadisə deyil və bu rayon əhalisi hər gün yeni bir hadisəyə şahid olmayanda təccüblənir. Elə son redaksiyamıza daxil olan məlumatlar da maraqlıdır. 

“Vətəninfo.az”a daxil olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev müavinat alan vətəndaşlardan əvvəlcədən haqq alır. Məlumatlı mənbənin məlumatında o da vurğulanır ki, fond rəhbəri haqqında ölkə başçısına şikayət edən müavinatçılar İntiqam Əliyev tərəfindən təyziqlərə məruz qalırlar. İ. Əliyev həmin şəxlərə “Niyə məndən şikayət edirsiniz? ”deyə onları basqı altında saxlayır. Mənbə İ. Əliyevlə bağlı verdiyi məlumatda onu da bildirdi ki, bütün sənədləri təqaüd almağa hazır olan insanlardan 200 AZN qoparmayınca işləri həyata keçirmir. Biri təqaüdə çıxan zaman iş fəaliyyətini daha çox yazdırmaq istəyirsə, o zaman İ.Əliyevi xüsusi olaraq görməlidir. Məlumata görə, İ.Əliyevin əli ilə 10 illik staj hazırlamaq 1500-2000 Azn arasında dəyişir. Mənbənin DSMF-nun İmişli rayon şöbəsinin sədri ilə verdiyi ən ilginc məlumat isə. tük ürpərdəndir.Belə ki, 2005-ci ildə keçirilmiş parlament seçkilərində Aslan Manafov adlı namizədin vəkili olmuş İntiqam Əliyev, seçki kampaniyası zamanı digər namizədlərdən birinin vəkili ilə sözü tərs düşdüyündən həmin şəxsin üzərinə silah çəkib. Hadisə ilə bağlı Respublika Prokrorluğundan və Daxili İşlər Nazirliyindən rayonda aparılan araşdırma zamanı, İ.Əliyev həbs qəti imkan tədbirinə məruz qalır və elədiyi hərəkətlə bağlı məhkəməyə çıxarılır. Mənbənin məlumatına görə, məhkəmə bilinməyən səbəblərdən, İ.Əliyevi şərti cəza ilə mükafatlandıraraq azadlığa buraxır. Maraqlıdır ki, görəsən, Respublika Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun bunlardan xəbəri varmı? Yəqin ki, olmuş olsaydı, belə bir adamı DSMF-nun İmişli şöbəsinə sədr qoymazdı.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az