DSX 19 kq-a yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

DSX 19 kq-a yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Dövlət Sərhəd Xidmətinin (DSX) nar­kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdiyi sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DSX-nın Mətbuat Mərkəzindən Miq.az-a verilən məlumata görə, Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərə­findən dövlət sərhədindən nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.
DSX-nin Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hə­rə­­kətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmə­lə­rinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.
Saxlanılmış şəxs­lərin şəxsiyyəti dəqiqləşdirilmiş, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az