DTX və DİN Ağdamda ƏMƏLİYYAT KEÇİRDİ

DTX və DİN Ağdamda ƏMƏLİYYAT KEÇİRDİ

"Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az