Düşmən ordusunda 10 əsgər YARALANDI
Ermənistan MN-ə məxsus ZİL qəza törətdi: 10 yaralı
Ermənistan Müdafiə Nazirliyinə məxsus ZİL markalı avtomobil Sünik vilayətində qəzaya uğrayıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Meğri şəhərindən Naxçıvanla sərhəd bölgəsinə doğru gedən magistralda, Meğri inzibati ərazisində yerləşən "Tsirani Dzor"da Ermənistan MN-ə məxsus ZİL markalı avtomobil yol zolağından çıxaraq aşıb.
Qəza nəticəsində əsasən qırıqlar olmaqla, müxtəlif bədən xəsarətləri alan 10 nəfər Meğri hospitalına köçürülüb. Polis hadisənin detalları barədə araşdırma aparır.
Miq.Az