"Düşmənə şiddətli zərbələr vurulmalıdır"


Ehtiyatda olan polkovnik- leytenat 
Abuzər Əbilov 

MN rəsmi informasiya yayıb ki, "Cəbhədə vəziyyət pisləşib və təxribat var"... 

Qanunauyğundur. Bir sıra diplomatik uğursuzluq və daxildə baş verən prosseslər nəticəsində düşmən" revanş" götürməyə calışacağı şəksizdir. Bu hansısa bir məntəqəyə hücumdan da təhlükəli və planlaşdırılmış əməliyyatlar toplusudur. 

Düşmən Azərbaycanın diplomatik məqamlarda bir necə uğursuzluğundan yararlanaraq, imicinin yüksəldiyini fikirləşərək, daxilində bir sıra məsələləri ortaya qoyub, xalqını və silahlı qüvvələrini bununla ruhlandırmaq və daxilində olan sosial, iqtisadi, mənəvi boşluğu doldurmağa calışır.

Son hadisələr, orduda bir sıra şərəfsizin satqınlığı formasinda və KİV -lərin bu hadisələrin üstünə yanlış gedərək xof və şaiyə zəminində, əhalidə inamsızlıq və xof meyillərinin olduğu fonda, xalqın öz ordusuna, hökumətinə inamının itməsini fikirləşən düşmən, bu kimi tədbirləri davam etdirəcək və zaman zaman lokal əməliyyatlara baş vuracaqdır.

Bir daha MN rəsmilərinə, Dövlət orqanlarına intellektual gənc vətənpərvər və ehtiyatda olan zabitlər tərəfindən müraciət edərək, dost, döyüşcü, vətənpərvər əlimizi uzadırıq.

Təcili surətdə MN, BQ nəzdində informasiya mübarizəsi və əks-mübarizə şöbələri yaradıb, düşmənin informasiya və psixoloji həmlələrinə qəti və şiddətli zərbələr vurulmalıdır.

Dövlət orqanları tərəfindən KİV və TV məkanlarında mütəmadi hərbcilər, ehtiyatda olan hərbçilər, müharibə iştirakcılarının iştirakı ilə vətənpərvərlik verlişləri, görüşlər, debatlar təşkil olunmalı, xalqın məyus ruhunu qaldırmaq ücün televiziyalar xüsusi rejimə kecərək, hərbi vətənpərvərlik ruhunda olan verlişlərini artırmalıdırlar.
Şəhər və rayonlarda, məktəblərdə, böyük iş kollektivlərində müharibə iştirakcıları, hərbi operatorlar vasitəsi ilə görüşlər kecrilməli, kücələrdə reklam şitlərində vətənpərvərlik cağrışları olan yazılar yerləşdirilməli, hərbi hissələrdə ehtiyatda olan zabit və ümumiyyətlə müharibə iştirakçılarının mütəmadi görüşləri təşkil olunmalıdır. 

Bu işlər Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mətbuat Şurası və digər strukturlara vəzifə kimi tapşırılmalıdır. 
Dəyişən dünya siyasətində hər zaman loyal və orta nöqtədə olmaq bizə bağışlanmayacaq. El məsəli var, bir əldə iki qarpızın biri mütləq düşəcək. Və bu düşmə bizə asan başa gəlməyəcək. 
Buna hazır olmaq vacibdir. 
Ruhdan düşsək, tək özümüzü yox, ailəmizi, xalqımız, dövlətimizi itirəcəyik.
 
Ruhdan düşməyək ki, VƏTƏN SAĞ OLSUN!!!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az