​Dövlət Komitəsinin sabiq Aparat rəhbəri “İnterpol”a verildi

​Dövlət Komitəsinin sabiq Aparat rəhbəri “İnterpol”a verildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanov "İnterpol" xəttilə beynəlxalq axtarışa verilib.

Bu barədə vəkil Kamandar Nəsibov bildirib.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar sabiq aparat rəhbəri ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün "İnterpol"a müraciət edilib.

Qeyd edək ki, AQUPDK-nun sabiq aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. /Report.az/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az