Ebola qurbanlarının sayı 20 minə çatır

Ebola qurbanlarının sayı 20 minə çatır

Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 20 minə çatmaq üzrədir.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, virusa yoluxanların 7500 nəfəri dünyasını dəyişib.

Son hesabata görə, Liberia və Qvineyada Ebola virusuna yoluxma hallarının sayı azalıb. Syerra Leonidə isə virusa yoluxma hallarının sayı artıb.

Bu üç Qərbi Afrika ölkəsi demək olar ki, ölüm hallarının  baş verdiyi əsas yerdir.

Digər ölkələrdə ölüm hallarının sayı dəyişməyib. Malidə xəstəlikdən ölənlərin sayı altı, Nigeriyada səkkiz, ABŞ-da isə bir nəfərdir. İspaniya və Seneqalda bir xəstəliyə yoluxma halı qeydə alınıb,amma ölən olmayıb.

BMT-nin baş katibi Ban Gi Mun beynəlxalq ictimayyəti virusun gələcəkdə yayılmasından müdafiəyə hazır olmağa çağırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az