Məşhur türk müğənnisi Ebru Gündeş 1974-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Dərzi işləyən Ebru Gündeş 1991-ci ildə bir gün təsadüfən Neşe Demirkat adlı bir şəxslə tanış olur və onun vasitəsi ilə Selçuk Tekayın prodüsserü olduğu Marş Musiqi Yapımı ilə albom buraxmaq haqda razılaşma əldə edir. Bu albom 1993-cü ildə hazır olur və o,“Tanrı Misafiri”adı ilə satışa çıxarılır. Prodüsseri Səlcuq Tekay, müsiqi aranjemanı Özkan Turga olan Ebru Gündeşin bu ilk albomu yüksək satış rekordu əldə edir. Bu uğurdan ruhlanan Ebru Gündeş dərhal ikinci albomun hazırlıqlarına başlayır və bir il sonra “Tatlı Bela” adlı növbəti albomunu satışa buraxdırır. Bu albom da gənc sənətçiyə böyük uğur gətirir. O, bu alboma görə 1995-ci ildə Kral TV-nin təsis etdiyi “Musiqili Vüdeo Mükafatı” müsabiqəsində “Ən yaxşı qadın sənətçisi” nominasiyasında qalib sayılaraq mükafata layiq görülüb.
Ebrunun“Mən Daha Böyümədim” adlı üçüncü albomu 1995-ci ildə işıq üzü görür. Albomda onun ifa etdiyi “Fırtınalar” adlı mahnı qısa bir zamanda hitə çevrilsə də, ”Mən Daha Böyümədim” və “Çok mu gördünüz”' adlı musiqi parçalarlı tənqidlərə məruz qalır. Bu albom Ebru Gündeşin musiqi həyatında Serdar Ortaçla olan birliyin də başlanğıcı kimi də yadda qalır. 1996-cı ildə müğənni bu alboma görə Kral TV-nin təsis etdiyi “Musiqili Vüdeo Mükafatı” müsabiqəsində ikinci dəfə “Ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülməklə bərabər, həm də “İlin ən yaxşı mahnısı” nominasiyasının da qalibi elan olunur.
1996-cı ildə Ebrunun“Kurtlar Sofrası” adlı dördüncü albomu çıxır. Bu ərəfədə ona eüdilən aktyorluq təkliflərini də müsbət dəyərləndirən Ebru Gündeş televiziya seriallarında rollara çəkilməyə başlayır .
İki illik fasilədən sonra, yəni 1998-ci ildə Ebru Gündeşin “Sen Allahın Bir Lütfüsən” adlı albomu musiqi marketlərdə öz yerini alır. Albom Səlcuq Tekayın prodüssürliyi və Kerem Ökten'in rejissorluğu ilə reallaşır. On iki mahnıda ibarət olan bu albom da Ebruya şöhrət gətirir və o, bu alboma görə bir sıra mükafatlara layiq görülür.
Ebru Gündeş 1999-cu ildə pərəstişkarlarının qarşısına yeni, möhtəşəm bir albomla çıxır. Lakin bu albomun sevincini sonadək yaşamaq Ebruya qismət olmur. Belə ki, “Dön Ne Olur” adını daşıyan bu albomun studiyada mətbuat mənsubları qarşısında təqdimatı zamanı 25 yaşlı Ebru Gündeş beyninə qan sızması nəticəsində huşunu tirir və o, xəsəxanaya düşür. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra həkimlər ona istirahət etməyi tövsiyyə etdiklərindən o, uzun bir müddət müsiqidən və pərəstişkarlarından uzaq qalmalı olur. Qeyd edim ki, Ebru Gündeşin “Dön Ne Olur” albomu musiqi sevərlərin böyük rəğbətini qazanır və albom qısa bir müddətdə böyük satış rekorduna imza atır.
Uzun müddətli müalicə və istirahətdən sonra Ebru Gündeş yenidən böyük səhnəyə qayıdır. Məşhur müğənninin bu möhtəşəm qayıdışı 11 Mart 2000-ci ildə Bostancı Gösteri Mərkəzində verdiyi uğurlu konsertlə baş tutur. Ebru Gündeş bu konsertdə əldə etiyi bütün gəlirini “Haydarpaşa Nümunə Təhsil və Araşdırma Vəqfi Xəstəxanası Reanimasyon Kliniği”nə bağışlayır. Səhnəyə qayıtdıqdan sonra Ebru gündəş bir-birinin ardınca yeni-yeni mahnılar ifa edir, albomlar buraxdırır, uğulu layihələrə imza atır, müxtəlif mükafatlara layiq görülür. Müğənninin şəxsi həyatında da dəyişikliklər baş verir. Belə ki, Ebru Gündeş 2010-cu ilin fevral ayında azərbaycanlı iş adamı Rza Zarrabla ailə həyatı qurur və 15 oktyabr 2011-ci il tarixdə cütlüyün bu nigahdan Alara adlı qız övladları dünyaya gəlir. Ebru Gündeş istedadlı müğənni kimi bu gün də uğurla öz səhnə fəaliyyətini davam etdirir və öz pərəstişkarları tərəfindən sevilə-sevilə dinlənilir.
Günel Novruzlu
Vətəninfo.az