Əflatun Amaşov deputatlığa namizəd olacaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərində
deputatlığa namizədliyini verəcək.
O, bu
barədə düşündüyünü deyib. Onun fikrincə, Milli Məclisdə jurnalistika
sahəsindən nə qədər çox deputat olarsa, mətbuatın, medianın indiki
durumu, hansısa işlərin görülməsi, problemlərin daha asan həll edilməsi
baxımından qərarların verilməsi mümkün ola bilər, addımlar atıla bilər:
"Bu baxımdan, parlament seçkilərində deputatlığa namizədliyimi irəli
sürməyi düşünürəm”.
Əflatun Amaşov hansı seçki dairəsindən
deputatlığa namizəd olacağını isə hələ dəqiqləşdirməyib: "Bunu hələ
dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə
qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.
Modern.az