Əfqanıstanda hava hücumu: azı 100 ölü
Əfqanıstan Hava Qüvvələrinin Taliban terror təşkilatının nəzarətində olan ərazidə təşkil etdiyi hava hücumunda azı 100 nəfər ölüb.
Qunduz vilayətində yerləşən mədrəsə bombalanıb. Nəticədə aralarında çox sayda sivil olan 100 nəfər dünyasını dəyişib. Azı 50 nəfər isə yaralanıb, ölü sayında artım ehtimal edilir.
Zərərsizləşdirilən terrorçular arasında Talibanın nüfuzlu şəxsləri də yer alıb.
Qeyd edək ki, mədrəsədə 500 nəfərin iştirakı ilə məzun günü təşkil edilirdi.
Miq.Az