Əfv sərəncamı bu həftə verilə bilər

Əfv sərəncamı bu həftə verilə bilər
"Prezident yanında Əfv Məsələləri Komissiyasının iclaslarına yekun vurulub. Bu həftə ərzində prezident tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir”.
 
Bunu Modern.az-a Komissiya üzvü Rəşad Məcid bildirib. 
 
R.Məcidin sözlərinə görə, iclaslarda ümumilikdə 1500-ə yaxın müraciətə baxılıb:
"Budəfəki əfv sərəncamının genişmiqyaslı olacağı, təxminən 500 məhbusa şamil ediləcəyi gözlənilir”.
 
O deyib ki, siyahı yekunlaşdığından prezidentə təqdim olunacaq:
"Siyahının prezidentə təqdim edilmə vaxtını Konissiyanın Katibliyi müəyyən edir. Bu, amnistiyaya bərabər səviyyədə əfv sərəncamı olacaq”.
 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarına bu ilin yanvar ayının sonlarından start verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az