“Təkcə şəxsi avtomobillər deyil, ictimai nəqliyyat vasitələri də özbaşına “Oyunlar zolağı”na daxil olarsa, sürücülər inzibati məsuliyyət daşıyacaqlar. Əgər sıxlığın yaranmaması üçün polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrinin “Oyunlar zolağı”na daxil olmasına icazə verilibsə, bu xidmətlə əlaqədar yaranan zərurət və hərəkətin təhlükəsizliyini təmin etmək kimi başa düşülür”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxtın bəzi ərazilərində ictimai nəqliyyat vasitələrinin “Oyunlar zolağı”na daxil olaraq hərəkət etməsi məsləsinə aydınlıq gətirərkən deyib.
O vurğulayıb ki, hərəkətin tənzimlənməsi ilə bağlı ərazi üzrə xidmət aparan yol polisi nizamlayıcı qismində olub, ictimai nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə göstəriş verirsə, o, yerinə yetirilməlidir.
“Bu zaman polis əməkdaşı dərhal Mərkəzi Məlumat Mərkəzinə xəbər verir ki, bu hərəkətə “mən icazə verdim və onun fotomaterialı hazırlanmasın, elektron protokol tərtib edilməsin”. Bunu eyni zamanda özümüz də izləyirik”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?