Ekspert: “Uşaqları internetdən uzaq tutun”

Ekspert: “Uşaqları internetdən uzaq tutun”

Gülnarə Hüseynova: "Dövlət tərəfindən bununla bağlı qanun qəbul olunacaq”

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyir ki, uşaqlar internetdən, sosial şəbəkələrdən daha çox zərərli məlumatlar alırlar

Hal-hazırda Azərbaycanda uşaqların sosial şəbəkələrdən, internetdən istifadəsinə heç kim tərəfindən nəzarət edilmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib. "Valideynlər uşaqları ilə az vaxt keçirirlər. Əgər uşaq internetdən istifadə edirsə o faydalı məlumat almaqla yanaşı, zərərli məlumatlara da yiyələnə bilər. Bizdə informasiya var ki, uşaqlar internetdən, sosial şəbəkələrdən daha çox zərərli məlumatlar alırlar”.

"Bu, tək Azərbaycanın yox, bütün dünyanın bəlasıdır. Dövlət tərəfindən bununla bağlı qanun qəbul olunacaq. Qanun vasitəsiylə uşaqların informasiya almaq hüququ və böyüklərin ona nəzarət etmək hüququ tənzimlənmiş olacaq” – deyə o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az