Əlavə polis dəstələri cəlb olunacaq - Ankarada

Əlavə polis dəstələri cəlb olunacaq - Ankarada

Ankaranın ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Miq.az Trend-ə istinadən bildirir ki, bu barədə Ankara Polis İdarəsinin yaydığı məlumatda deyilir.

Təhlükəsizlik məqsədilə Ankaranın ticarət mərkəzlərində əlavə polis dəstələri keşik çəkəcək.

Bundan başqa, ticarət mərkəzləri yanında avtomobillərin bir saatdan artıq müddətdə saxlanılması müvəqqəti qadağan ediləcək.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə nazirinin açıqlamasında bildirilmişdi ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az