Eldar Mahmudovun gəzdiyi “BMW” 7 dəfə RADARA DÜŞDÜ – 350 manat borcu var

Eldar Mahmudovun gəzdiyi “BMW” 7 dəfə RADARA DÜŞDÜ – 350 manat borcu var
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb və müxtəlif epizodlar üzrə dindirilib. Hər dəfə idarədən çıxarkən yayılan görüntülərdə diqqət çəkən məqam isə sabir nazirin gəzdiyi "BMW-740” markalı, 90 KU 868 dövlət nömrə nişanlı avtomobildir.
Avtosfer.az saytının apardığı araşdırma zamanı məlum olub ki, həmin avtomobil Məlikov Teymur Fərhad oğlunun adınadır. Avtomobil təkcə bu il 7 dəfə sürət həddinin aşılmasına görə radara düşüb. Onlardan 5-i 10 manatlıq, ikisi isə 150 manatlıq 6 ballıq cərimələrdir. Bundan əlavə, həmin cərimə bildirişlərini sürücüyə çatdırmaq mümkün olmadığı üçün avtomobilin saxlanlması və sənədlərin təqdim edilməsi barədə qərar çıxarılıb.
Eyni zamanda, avtomobilin üzərində qeydiyyatla bağlı məhduiyyət var. Belə ki, avtomobil satıla və ya təkrar qeydiyya alına bilməz. Problem Səbail rayon İcra Şöbəsinin qərarı ilə bağlıdır. Hansısa maliyyə probleminə görə avtomobilə məhdudiyyət qoyulub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az