Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Kliçkov hiylə işlədərək, Qarbaçovun yanına öz əvəzinə müavini Babkovu göndərmişdi. Mən isə hiyləgərliyi bacarmırdım. Özüm Qarbaçovun yanına getmişdim və nəticə etibarı ilə nümayəndə heyətinin rəhbəri mən oldum. Bakıda Girenkonu, Primakovu, Mütəllibovu və Azərbaycan Mərkəzi Komitəsinin digər üzvlərini topladım. Və toplantıda elan etdim ki, günorta saat 15:00-da fövqəladə vəziyyət elan edəcəyik.
Mən artıq Moskvadakı Çıkalov hərbi hava limanından Bakıya uçanda hansı destant alaylarını hansı bölgələrə göndərmək haqqında əmr imzalamışdım. Biz radio vasitəsilə şəhərə qoşunların yeridilməsi haqqında məlumat verdik. Amma televiziyanı partlatmışdılar, bunu kimin etdiyindən xəbərim yoxdur. Lakin radio vasitəsilə elan etmişdik ki, heç kəs küçələrə çıxmasın. Şəhərə qoşun yeridiləcək və bu qoşun öldürməyə deyil, iki xalq-azərbaycanlılarla ermənilər arasında vəziyyəti sabitləşdirmək məqsədilə şəhərə yeridilir.

- Rəsmi statistikaya görə, həmin hadisə zamanı Bakıda 136 nəfər qətlə yetirilib...
-Siz, Bakıya qoşun yeridiləndə deyirsiniz?
- Bəli, Dmitri Timofeviç.
- Anladım, mən sualınıza cavab verirəm. Mən sizi əmin edirəm, Bakıda bir nəfəri də öldürməmişik.
- Faktlar var ki, bir neçə insan süngü bıçaqla öldürülüb. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını isə öz avtomobillərində qətlə yetiriblər...
- Sünğü ilə heç kəs öldürülməyib. Mənə bir dəfə də olsun məruzə edilməyib ki, bizim hərbçilər kimisə öldürüblər.
- Dmitri Timofeviç bəs təcili tibbi yardım avtomobilini əzən tanka nə deyirsiniz?
- Dayanın, bir dəqiqə. Mənim bundan xəbərim yoxdur. Bakıda tank olmayıb, piyadaların hərbi avtomobili olub.
- Putin Bakıda olarkən Şəhidlər Xiyabanını ziyarət etdi və bildirdi ki, bu Sovet hökumətinin hərbi cinayətidir.
- Qoy desin. Deyir ki, Sovet hökumətinin günahıdır? O sovet hökuməti təkcə Moskvada yox, Azərbaycanda da olub. Sovet hökumətinin yaxşı əməlini indi hamı inkar edir.
- Biz sizinlə faciənin baş verdiyi hadisənin ildönümü ərəfəsində görüşürük. Siz, yanvar hadisələrinə görə, özünüzü günahkar hesab edirsinizmi, yoxsa hərbçi kimi verilən əmri yerinə yetirdiyinizi düşünürsünüz?
- Sual verirsiniz ki, mən günahkarammı? Mən başqasının əmrini yerinə yetirmişəm. İndi o əmri verən insan dedikləri və etdiklərini etiraf etmir. Hər şeydən imtina edir. Bu günə qədər isə mən ölkəmdən çıxa bilmirəm. Hara getsəm məni həbs edə bilərlər. Çünki qoşunu mən yeritmişəm. Və fövqəladə vəziyyəti mən elan etmişəm. Qırğınların səbəbkarı da məni bilirlər. Kimi günahlandırırlar? Məni, Yazovu. Mən əhaliyə güllə atmağı əmr etməmişəm. İstər Vilnüsda olsun, itərsə də Bakıda. Gəlmişəm, çünki göndəriblər. Birdə ki, təkcə məni yox, daxili işlər nazirini, milli təhlükəsizlik üzrə katibi. Məgər daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkə sərhəddini qorumaq və düşmənlə vuruşmaq idi. Məni aldadıblar. Yadımdadır, Heydər Əliyev məqalələrində belə söz işlətmişdi: " Mən Qarbaçova və Yazova bu faciəni bağışlamayacağam.”
Ona görə ki, fövqəladə vəziyyət elan etmişik. Mən hesab edirəm ki, vəzifəmi yerinə yetirmişəm. Vətəndaş müharibəsi zamanı həmişə dinc sakinlər qırılıb. Neyləmək olar, mən qoşunu yeritmişəm. Amma camaatı qırın əmrini verməmişəm.