Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb

Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az