Əli Kərimlinin məhkəməsi təxirə salındı

Əli Kərimlinin məhkəməsi təxirə salındı
Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı verilən şikayəti icraata götürməyib.
Miq.az "Report”a istinadla xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.
Şikayət Cinayət Prosessual Məcəllənin 293-cü maddəsinə uyğun olmadığından icraata götürülməyib. Eyni zamanda sənədlər tam hazır olmadığından şikayətçiyə vaxt verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 19-u saat 11:00-a təxirə salınıb.
Qeyd edək ki, Ə.Kərimli barəsində bir neçə gün əvvəl sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az