Əli Kərimliyə cinayət işi açıldı

Əli Kərimliyə cinayət işi açıldı
AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb.
Bakupost.az xəbər verir ki, bu barədə AXCP sədri özü bildirib.
O qeyd edib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq.
Ə.Kərimlinin sözlərinə görə, məhkəmədən göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb.
"Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.
Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam", - deyə o qeyd edib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Kərimlini AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib. Belə ki, Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az