Əli Mirəliyevdən erotik klipə cavab-VİDEO

Əli Mirəliyevdən erotik klipə cavab-VİDEO

Müğənni Rusonun Youtube-da yayımlanan və birmənalı qarşılanmayan “Ay gecə” erotik klipi hər baxımdan ajiotaja səbəb olub.


Məsələylə bağlı klipin istehsalçısı “Art Records” prodüser mərkəziylə (klipdə qeyd olunan telefon nömrələriylə) əlaqə saxlayaraq, müğənni Rusonun bütün bu özbaşınalığa aydınlıq gətirməsini istədik. Təəssüf ki, müxtəlif bəhanələrlə müğənniylə əlaqə saxlanılmasına şərait yaradılmadı.


Mahnı ətrafında baş verən özbaşınalıqdan xəbərdar olan tənqidçi müğənni Əli Mirəliyev açıqlama verib:


“Gənc müğənni bu mahnının öhdəsindən gəlib. Amma klipi... lüt qızlar, biədəb kliplər sırasındadır, o da bizə lazım deyil. Axı biz avropalı deyilik, azərbaycanlıyıq. Mahnını qəbul etsəm də, amma bu cür klipi, biədəbçiliyi qətiyyən qəbul etmirəm! Ümumiyyətlə, Ruso həmin erotik klipi pozsun!!! Bizə elə klip lazım deyil! Klip gənclərə çox pis nümunədir”.
Ə.Mirəliyev Rusonu bu işinə görə özbaşına adlandırıb:


“Bütün bunlar hamısı ondan irəli gəlir ki, bir qurum yoxdur ki, bunları tənzimləsinlər. Ona görə də belə müğənnilər nə istəyirlər oxuyurlar, mahnıların sözlərini, musiqisini təhrif edirlər və nəticə etbariylə də bu vəziyyətə gəlib çıxır”.


Qeyd edək ki, “Ay gecə” Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən eyniadlı filmin mahnısıdır. Mahnının bəstəkarı və ilk ifaçısı Qasım Xəlilovdur, sözləri isə xalq şairi Nəbi Xəzridir. (Mahnıının sözləri təhrif olunub və müəllif Həsən Ağayev qeyd olunub.)

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az