"Əli Mirəliyevə ayıb olsun"- İlhamənin oğlu

Müğənni Əli Mirəliyevin mərhum xalq artisti İlhamə Quliyevanın mirasının nə oğulluğuna, nə də yaxınlarına çatacağı, bütövlükdə dövlətə qalacağı barədə açıqlamasına sənətkarın oğlu Orxan Nadirov sərt təpki verib.

Miq.az xəbər verir ki, o, bu barədə publika.az-a açıqlamasında bunları deyib:
 
"Əli Mirəliyevə ayıb olsun ki, belə bir ərəfədə ağzına gələni danışır. Başım anamın yasına qarışıb, öz dərdimlə əlləşirəm. Böyük itkimizin dərdini çəkirik, Əli Mirəliyevin sərsəm açıqlamalarına fikir verəsi halda deyilik. Yaşlı, xəstə insandır, ağzına gələni danışır. Sonra özü utanacaq. Anamı həyatda bircə an görmək üçün dünyanın bütün mal-mülkünü verərdim. Hər kəs mal-mülk hayındadır, ayıb olsun onlara".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az