"Elmi müstəqillik siyasi müstəqilliyin qarantıdır" - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə innovasiyalar və texnologiyaların qlobal indeksinə görə sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib və hökumətinin bundan sonra da bu meyli dəstəkləyəcəyini vəd edib, çünki "elmi müstəqillik siyasi müstəqilliyin qarantı" olduğunu dərk edir.
 
"Biz öz yolumuza davam edəcəyik, çünki texnoloji müstəqilliyin siyasi müstəqiliyin qarantı olduğunu bilirik",-bunu Ərdoğan dekabrın 28-də Ankarada ölkənin alim və tədqiqatçılarının illik mükafatlandırma mərasimində söyləyib.
 
Elm sahəsində üç fəxri və 14 mükafatın təqdim edildiyi mərasim Türkiyə Elmlər Akademiyası (TÜBA) və elmi-texniki tədqiqatlar Şurası (TÜBİAK) tərəfindən birgə təşkil edilib. Bu barədə Hurriyet nəşri məlumat verib.
 
Ərdoğanın sözlərinə görə, investisiyaların və tədqiqatçı və alimlərə hökumət tərəfindən göstərilən dəstəyin nəticəsində Türkiyə 10 pillə yüksəlib və Qlobal innovasiya indeksində 41-ci ölkə olub. Türkiyə lideri həmçinin hökumətin növbəti dönəmdə də bu səylərin davam edəcəyini vəd edib.
 
"Biz anlayırıq ki, ölkələrin gücü texnologiyalardan çox asılıdır",-o, əlavə edərək vurğulayıb ki, tez-tez Türkiyəni öz regionunda balansın dəyişilməsi nöqteyi-nəzərindən onun müdafiə sənayesi sahəsində nailliyyətlərinə görə böyük potensiala malik olan ölkə adlandırırlar.
 
Bununla yanaşı Türkiyə prezidenti təkrar edib ki, onun hökuməti istər dövlət, istərsə də özəl müəssisə və universitetlərinin tədqiqatlar və təkmilləşdirmələr mərkəzlərini daha fəal surətdə dəstəkləyəcək, ibtidai məktəblərdən başlayaraq fundamental elmlərin öyrənilməsini təşviq edəcəkdir.
 
Bu elmi nailiyyətlər həmçinin iqtisadiyyata öz təsirini göstərib, çünki Türkiyə 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də pandemiya ilə bağlı çətinliklərin öhdəsindən gələn ölkələrdən biri olub, -Ərdoğan əlavə edib.
 
"Bizim məqsədimiz əlavə dəyər verən istehsaldır. Bizim yolumuz investisiyalar, məşğulluq, ixracat və artımdır. Tezliklə Türkiyədə 221 milyard dollar təşkil edən ixracatın sayəsində cari əməliyyatlar hesabının profisiti gözlənilir. Bizim məqsədimiz dünyanın nəhəng iqdisadiyyat onluğuna düşməkdir. Üstəlik, biz bu məqsədə nail olmaq üçün həmişəkindən daha yaxınıq",-o, qeyd edib və əlavə edib ki, bunun üçün Türkiyə yüksək texnologiyaların və elmin hərəkətverici qüvvəsinə çevrilməlidir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az