71saylı Masallı kən seçki dairəsindən millət vəkilliyinə namizəd Elmira xanım Axundova seçiciləri iləgörüşüb və onların qarşısında geniş çıxış edib.
Dəyərli həmyerlilərim, hörmətli dostlar,
Əvvəla hər birinizi qiymətli vaxtınızı ayıraraq mənimlə görüşə gəldiyiniz üçün səmimi qəlbdən salamlayıram. Mənə göstərdiyiniz sonsuz dəstəyə görə Sizlərə dərin təşəkkürümü bildirirəm. İnanın ki, bizə olan etimadınız, dəstəyiniz yazıb-yaratmaq üçün bizlərəilham verir, var gücümüzlə çalışmaq üçün bizi ruhlandırır.
Sözün düzünü desəm bir neçə həftə bundan əvvələ qədər seçkilərə getməməklə bağlı düşünürdüm. Amma inanın ki, seçkiyə qatılmağım üçün siz seçicilərimdənmənə ünvanlananmüraciətlər, teleqramlar, zənglər məni vadar etdi ki, yenidən 3-cü dəfə namizədliyi vermək barədə qərar qəbul edim. Və bu qərara görə mən yenə də sizə minnətdaram.
Keçən 10 il ərzində sizlərlə birgə çiyin-çiyin çalışdıq, böyük işlər gördük. Körpülərin, məktəb və bağçaların, idman mərkəzlərinin, xəstəxanaların tikintisi, bir çox yolların yenidən çəkilməsi və ya təmiri, qaz çəkilişi, həbs yerlərindən bir çox gəncimizin azadlığa buraxılması bunlara ən bariz nümunələrdir. Hətta mən tam əminliklə deyə bilərəm ki, Prezident Administrasiyasının Əfv məsələləri sektorunun verdiyi statistik məlumata görəson 10 ildə 50-yə qədər masallılı əfv olunaraq azadlığa buraxılıb.
Bu illər ərzində hər zaman sevinc-kədərimiz bir olub. 10 illik deputatlıq fəaliyyətim boyunca mütəmadi olaraq sizlərlə qarşılıqlı ünsiyyət halında fəaliyyət göstərmişəm, sizlərlə tez-tez görüşlər keçirib nəinki rayon, nəinki Respublika, hətta beynəlxalq əhəmiyyətli ciddi məsələləri bir yerdə müzakirə etmişik. Heç bir taleyüklü addımı sizsiz atmamışam. Hətta dövlət mükafatına mənim namizədliyim irəli sürülərkən ilk xeyir-duanı sizlərdən almışam. Əldə etdiyim uğur və nailiyyətlərlə sizlərin hüzuruna gəlmişəm. Sizə dəstək olmuşam və ən böyük dəstəyi də sizlərdən almışam.
Deputatlıq fəaliyyətim boyunca bir dənə də olsun yazılı müraciətiniz cavabsız qalmayıb. Minlərlə ərizə və şikayətlərə baxılıb və aidiyyəti qurumlara göndərilib. Pensiyaların düzgün təyin olunması, ünvanlı sosial yardım və əlillik dərəcəsinin verilməsi, kənd və əhalinin qazla təmin olunması, Masallıda mövcud olan köhnə işıq xətlərinin və dirəklərinin yenilənməsi, artezian quyusunun qazılması, qəzalı evlərin təmirinə kömək olunması, xəstə vətəndaşların müayinə və müalicə məsələləri ilə bağlı seçicilərimə yaxından köməklik etmişəm. Bunlardan əlavə, şəxsi vəsaitimhesabına bir neçə kənd məktəbini idman ləvazimatları ilə təmin etmişəm, hər bayramda yüzlərlə ailəyə bayram hədiyyəsi göndərməklə onlara bayram sevinci bəxş etmişəm. Əlbəttə bu xeyirxah işləri reklam xətrinə etməmişəm. Hətta yaxşılıq etdiyim insanların sayı o qədərdir ki, bəzən onları və edilən yaxşılıqları belə yadda saxlaya bilmirəm. Seçicilərin özləri qəbuluma gələrək təşəkkür edirlər və mənim tərəfimdən onlara nə vaxtsa edilən köməyi xatırladırlar. Sadəcə olaraq bu gün sizlərin hüzurunda 10 illik fəaliyyətimlə bağlı hesabat verdiyim üçün bunları qeyd etməyə məcburam ki, sizin də məlumatınız olsun.
Bu illər ərzində böyük təcrübə, nüfuz toplamış namizəd kimi bundan sonra da sizlərin dəstəyi ilə daha böyük problemlərin öhdəsindən gələcəyimə əminəm. Hal-hazırda bizlər üçün ən ciddi problemlər işsizlik, torpaq mübahisələri ilə bağlı məsələlərdir. Amma gələcək illərdə rayonumuzda iri turistik obyektləri, sahibkarlıq layihələri həyata keçirildikcəbiz işsizlik probleminin də həllinə tədricən nail olacağıq.
Sosial Siyasət Komitəsinin son iclasında 2016-cı il Büdcəsinin sosial paketi müzakirə edilərkən məhz kiçik sahibkarlığa daha çox dəstək, onlarla daha sistemli şəkildə işləmək, lazım gələrsə onları vergilərdən azad etmək təklifi gündəmə gətirilmişdi. Mən və Musa Quliyev bu barədə çıxış da etmişdik. Ünvanlı sosial yardımın da gələcəkdə başqa formatda işləməsinə, insanlarımızıəlibaxımlılığa öyrətməməklə bağlı çıxışlar olub. Bunlardan əlavə belə bir fikir səslənib ki, artıq ipotekanı da Bakıda yox, rayon və kəndlərdə işləyən gənc mütəxəssislərə vermək lazımdır. Rayonlarda işləyən həkim və müəllimlərə indikindən ən azı iki dəfə çox maaş verilsin. Kəndliyə torpaq verməyimiz müsbət haldır, amma ev inşa etməyə tikinti materialı, lazım olsa ipoteka da ayrılsın. Banklar isə kredit müqabilində rayondakı evləri, mülkləri, torpaqları da girov kimi götürsünlər. Bilirsiniz ki, hal-hazırda banklar ancaq Bakıda olan mülkləri girov kimi qəbul edirlər. Mən bu barədə Milli Məclisin plenar iclasında da təklifimi vermişəm.
Mənim üçün hər zaman prioritet məsələlərdən biri müəllim və həkimlərin maaşlarınınartırılması olub. Dəfələrlə bu sahə üzrə çalışanların əmək haqlarının artırılmasının zəruriliyi barədə ən yüksək səviyyədə çıxışlarım olub. Cənab Prezident başda olmaqla hökumət də bu məsələ üzərində ciddi düşünür. Elə bu yaxınlarda məlum oldu ki, Bakı müəllimlərinə builki saat yükü və maaş artımından sonra 2016-cı ildə 12 rayon da bu prosesə qoşulacaq. Və sizə sevindirici xəbər deyim ki, bu ilk 12 rayon içərisində Masallı da var.
Ailədaxili münaqişələr, qətllər, zorakılıqlar, o cümlədən qadın zorakılığı məni hər zaman narahat edən problemlərdən olub. Hətta qadın zorakılığına qarşı mübarizə barədə KİV-lərə müraciət etmişəm. Həmin müraciətim də cəmiyyətdə böyük rezonans doğurmuşdu.
Bunlardan əlavə uşaq əməyindən istifadə, uşaq dilənçiliyi əməlli-başlı kök salmış ictimai bəlaya çevrilib. Mən uşaq dilənçiliyinə və uşaq əməyinin istismarına qarşı ən yüksək tribunadan səsimi ucaltmış bir millət vəkiliyəm, buna qarşı mübarizə aparılmasının zəruriliyini qeyd etmişəm. Məhz mənim çıxışımdan sonra Bakı küçələrində dilənçilərə qarşı mübarizə başladı. Uşaq dilənçilər küçələrdən yığışdırılaraqya ailələrə qaytarıldı, ya da uşaq evlərinə yerləşdirildilər.
Son sessiyaların birində hər birimizin ürək ağrısı ilə izlədiyi magistral yollardakı dəhşətli qəzalar, o cümlədən ölüm alətinə çevrilən dəmir arakəsmələr barədə çıxış etdim. Təklif etdim ki, həmin dəmir arakəsmələrin ekspertizası aparılsın, lazım gələrsə ya keyfiyyət artırılsın, ya da başqa qurğularla əvəz olunsun. Bu da cəmiyyətdə geniş rezonans doğurdu, hətta bildiyimə görə Nəqliyyat Nazirliyi keyfiyyətsiz dəmir arakəsmələri daş plitələrlə əvəzləmək haqqında düşünür. Belə təkliflər onlarla yox, yüzlərlədir. Sadəcə vaxtınızı çox almaq istəmirəm.
Bir sözlə indiyə qədər bütün fəaliyyətim sizlərin gözü qarşısında olub, ciddi və məsuliyyətlə işləmişəm, əgər mənə etimad göstərib yenidən seçsəniz bundan sonra da həmin iş rejimim davam edəcək.
Hesab edirəm ki, hər kəsə elə bir deputat lazımdı ki, siz seçicilərin səsini yuxarı instansiyalara çatdıra, hüquqlarınızı qoruya bilsin, ali tribunalarda sizləri ləyaqətlə təmsil etsin. Mən Milli Məclisdəki fəaliyyətimlə yanaşı beynəlxalq təşkilatlar çərçivəsində də məhsuldar fəaliyyət göstərmişəm. Belə ki, bir neçə il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil etmişəm,Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəriyəm, hal-hazırda MDB ParlamentlərarasıAssambleyasının Mədəniyyət, İnformasiya və Turizm Komissiyasının sədr müaviniyəm, iki dəfə həmin qurum tərəfindən xüsusi orden və medallarla təltif edilmişəm. Mənim uğurum sizin uğurunuzdur, siz bununla fəxr edə bilərsiniz. İnanın ki, dəfələrlə başqa bölgələrdən, dairələrdən olan insanlar mənə müraciət ediblər. Hətta təklif edirlər ki, namizədliyimi onların dairəsindən verim. Amma mən belə hesab etdim ki, doğma Masallını növbəti illərdə daha fəal təmsil edə bilərəm.
Ən sonda isə ölkəmizə qarşı həyata keçirilən ikili standartlara, Avropa Parlamentinin bizə qarşı qəbul etdiyi qətnaməyə, bizə qarşı sanksiyalar tətbiq etməklə bağlı çağırışlara diqqətinizi yönəltmək istəyirəm. Bütün bunlar bizə qarşı olan düşmən qüvvələrin oyunudur.
Bir neçə aydan bəri dövlətimizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının arxasında Azərbaycanda və ümumilikdə postsovet məkanında qeyri-sabitlik yaratmaq, dövlət sistemimizi, quruluşumuzu laxlatmaq, süni şəkildə kütləvi iğtişaşlar törətmək və nəticədə onlara tabe olmayan əsl mənada müstəqil olan hakimiyyəti devirməkdir.
Görürük ki, bu istiqamətdə tək hədəf biz deyilik. Məsələn, Rusiya, Belarusiya, Ukrayna, Moldova, indi isə Tacikistan və s. dövlətlərə qarşı da bu siyasəti müşahidə edirik. Qərbin bizə qurduğu tələnigörməliyik,müəyyən daxili qrupları hər hansı qarşıdurmaya sürükləsələrdə,onlar bu oyuna alət olmamalıdırlar, heç bir xarici və daxili anti-Azərbaycan qüvvələrə imkan verməməliyik ki, bizim ölkədə dəçaxnaşma, qeyri-sabitlik başlasın. Əslində onların hədəfi insan hüquqları deyil, əgər belə olsaydı Avropa Parlamenti və Qərb öz ölkələri hüdudlarında əsl humanitar fəlakət həddinə çatan miqrant probleminin həllinə çalışardılar, qəddar və qeyri-insani anti-miqrant siyasətinə görə öz hökumətlərinə təzyiq edərdilər. Axı Suriyadan, İraqdan, Livandan və s. Yaxın Şərq dövlətlərindən qaçan yüz minlərlə miqrantlaraqarşı Avropada dəhşətli, qeyri-insani münasibət var, halbuki Qərb öz siyasəti ilə həmin insanların taleyinin bu hala düşməsində, İŞİD-in yaradılıb müsəlman xalqlarının başına bəla olmasında birbaşa günahkardır.
Xalq olaraq ayıq olmalıyıq, indi də Avropa eyni taleyi bizə yaşatmaq istəyir. Onların hədəfi əslində cənab Prezidentimiz İlham Əliyev və onun yürütdüyü tam müstəqil siyasətdir, bizim enerji ehtiyatlarımızdır.Bu ehtiyatlardan istədikləri kimi rahatlıqla istifadə etmək üçün onlara İlham Əliyev kimi güclü xarakter, əsl lider yox, zəif hökumət lazımdı.Əgər Avropa ədalətin, insan hüquqlarının tərəfindədirsə, nə üçün 20 ildən çoxdur hüquqları kobud şəkildə pozulan, ata-baba yurdlarından, doğma torpaqlarından zorla çıxarılan qaçqın və məcburi köçkünlərimizin hüquqlarını qorumur? Azərbaycanaqarşı törədilmiş cinayətlərin günahkarları niyə cəzalandırılmır?
Odur ki, Qərbin yalanlarına uymayaq. Biz Prezidentin yanında olmalıyıq, Qərbin bizə qarşı olan münasibəti artıq iqtidar-müxalifət məsələsi deyil, bu milli məsələdir. Suriya, Liviya, İraq, Ukraynadakı hadisələrhələ də gözümüzün qabağındadır. Bütün bu illər ərzində xalq öz prezidentinin ətrafında sıx birləşdiyi üçün Qərbin bu məkrli planları baş tutmur. Ölkə başçısını və onun yürütdüyü siyasi kursu dəstəkləmək övladlarımızın gələcəyini dəstəkləməkdir, öz gələcəyimizi qarantiya altına almaqdır, Azərbaycan dövlətinin mövcudluğunu dəstəkləməkdir. Çünki söhbət artıq bizim üçün olum və ölüm məsələsidir. Bizi daxili münaqişəyə sürükləmək istəyənlərə bir cavabımız olmalıdır. "Bizim bir düşmənimiz var, o da Ermənistan və onun yürütdüyü işğalçılıq siyasətidir”. 90-cı illərdəki ərzaq qıtlığı, iqtisadi tənəzzül, hərbi uğursuzluqlar, torpaqların itirilməsi dövrünə bir daha qayıtmağa ən azından mənəvi haqqımız yoxdur.
Buna görə də sonda hər birinizi ayıq olmağa, dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıram. Hamımız gözəl bilirik ki, hər seçki öncəsi Qərbin oyunları başlayır. Yenə də seçkilərlə bağlı dünya ictimaiyyətində mənfi rəy formalaşdırmağa çalışan qüvvələr ortaya çıxacaq. Onun üçün də seçkilərdə kimə səs verəcəyinizdən asılı olmayaraq fəal olun, vətəndaş mövqeyi nümayiş etdirin, qoy düşmən qüvvələr birliyimizi görüb daha çox əzab çəksinlər. Biz isə yumruq kimi sıx və bir olaq.