Elmira Süleymanova: Seçicilər arasında səsvermə prosesi aktivdir

Elmira Süleymanova: Seçicilər arasında səsvermə prosesi aktivdir

Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir.

Miq.Az-ın xəbərinə görə, bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib:

 "Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir”.

Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir: 

"Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər”.

O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir: 

"Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir. Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az