"Elzanı AYB-yə necə qəbul etməyə bilərlər?" - Aqil Abbas



Xəbər verdiyimiz kimi, müğənni Elza Seyidcahan bu gün Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib.
Ona üzvlük biletini Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev təqdim edib.
Qeyd edək ki, AYB-nın bu qərarı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət müğənnin ədəbiyyat sahəsində istedadsız olduğunu əsas gətirərək AYB-ni qınayıb.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Yazıçılar Birliyinin bu qərarını normal qəbul etdiyini bildirib.
Onun sözlərinə görə, üzvlük üçün tələblərə cavab verən hər bir şəxs AYB-nın üzvü ola bilər:
"Mən bu məsələyə təbii yanaşıram. Elza Seyidcahan öz bildiyi kimi, istehza, sarkazm və ironiya dolu şeirlər yazır. Yazıçılar Birliyinin da qanunu var ki, müəyyən qədər şeirləri, hekayələri çap olunmuş şəxslər üzvlük üçün bu quruma müraciət edə bilər. Keçmiş yazıçılardan üç nəfər ona zəmanət verməlidir. Elza da o zəmanətləri alıb. Onu Yazıçılar Birliyi necə qəbul etməsinlər? İndi cəmiyyət sevmir deyə kimisə Yazıçılar Birliyinə qəbul eləməsinlər? Cəmiyyətin fikri ayrıdır. Cəmiyyətin sevmədiyi o qədər görkəmli şair və yazışılar var. Cəmiyyətin sözü ilə onların əlindən Xalq yazıçısı adı alınsın? Elza Seyidcahandanın da yazdığı onun formatıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az