Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi

Oktyabrın 20-si səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam 89 yaşında vəfat edib.

Miq.az Milli.Az-a istinadən xəbər verir ki, Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum Mərdəkan qəbristanlığında, vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn edilib.

Allah rəhmət eləsin!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az