Emil Rasimoğlu kimləri SƏRT TƏNQİD ETDİ?-Musa Yaquba görə
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu Musa Yaqubun xəstəliyindən özünə reytinq yığmağa çalışan bəzi şəxslər, jurnalistlər, sosial şəbəkə fəallarını sərt şəkildə tənqid edib.
Şair bildirib ki, Musa Yaqubun verdiyi açıqlamanı təkzib etməsi yaddaşsızlıq xəstəliyinə tutulması ilə bağlıdır. AYB üzvü bəzi adamların isə onun adını bəzi məsələlərdə hallandırmasını şair hafta.az-a açıqlamasında doğru hesab etmədiyini söyləyib. Emil Rasimoğlu həmin şəxsləri insafsızlıqda suçlayıb:
"Çox qəribədir... Nə olar... Bizim ətrafımızda xəstəlikdən əziyyət çəkən, yaşlı adamlar yoxdumu?! Əlbəttə var! Sözümün canı ondan ibarətdir ki, son dönəmlərdə Musa Yaqubun ziyarətinə gedən bir sıra qələm adamı, xüsusilə də jurnalistlər açığı desəm, bu könül adamını xoşagəlməz şəkilə, əldən-ələ saldılar. Hərə onun yanından bir avazla qayıdır.Hamısı da öz maraqları naminə. Bəsdirin də...Axı bilirsiniz ki, bu adam beynindən xəstədi, fikirlərini cəmliyə bilmir, danışığı belə məhdutdu.Niyə bu adamı necə gəldi danışdırıb reytinq xatirinə qeyri-ciddi vəziyyətə salırsınız...Bu gün verdiyi müsahibədəki sualın cavabını sabah verdiyi müsahibədə təksib edirsə bu qeyri-ciddilik deyilmi ? Bunun günahı Musa Yaqubda yox, xəstəlikdədir,..Amansız xəstəlikdə! Çünki odur yaddaşsızlıq, iradəsizlik yaradan...Və bir də o iradəsizlikdən, yaddaşsızlıqdan istifadə edən Siz qələm adamlarında, jurnalistlərdə...İnsafınız olsun, rahat buraxın Musa Yaqubu..!”
Miq.Az