Ən qısa zamanda tankımızla… - Ərdoğan

Ən qısa zamanda tankımızla… - Ərdoğan
İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib:

"Terrorçuların kimliyi, onları kimlərin himayə etdiyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur. Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib:

"Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az